Ukrayna millisinin üzvü Mixail Mudrik "Çelsi"nin bugünkü səhər məşqini buraxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Daily" məlumat yayıb.
İngiltərə KİV-i Mudrikin məşqlərə getməməsinin səbəbinin məlum olmadığını vurğulayıb.
Qeyd edək ki, 22 yaşlı ukraynalı Premyer Liqada mövsümün ilk iki oyununda "Liverpul" və "Vest Hem"lə qarşılaşmalarda əvəzlənib və cəmi 53 dəqiqə meydanda qalıb. Vinger "Çelsi" azarkeşlərindən mənfi rəylər alıb.
Londonlular növbəti oyununu 25 avqustda "Stamford Bric"də "Luton"a qarşı keçirəcək.
Mirağa