Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" sabah Avroliqanın pley-off mərhələsində ilk oyununu keçirəcək. "Köhlən atlar" səfərdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək.
Azərbaycan millisinin və "Qarabağ" ın sabiq hücumçusu Vüqar Nadirovla ilə əlaqə saxlayıb təmsilçilçimizin AL-in qrup mərhələsinə adlamaq şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Olimpiya" atletik oyuna üstünlük verdiyi üçün oyunun asan keçəcəyini demək çətindir. Avroliqanın pley-offunda heç bir rəqib zəif olmur. Sloveniya təmsilçisini yaxşı tanımıram. Yalnız "Qalatasaray"a qarşı oyunlarını izləmişəm. Bu komanda "Qarabağ" ın gücünə görə rəqibdir. Bilirik ki, Ağdam təmsilçisinin heyətində dəyişikliklər çoxdur. Yeni gələn oyunçular "Qarabağ"a uyğunlaşandan sonra hər şey daha yaxşı olacaq".
Nahid Məmmədov