İyulun 7-də "Fənərbağça"dan "Real Madrid"ə transfer olunan və həmin ayın sonunda məşqdə zədələnərək sıradan çıxan Arda Gülerin "Kral klubu"nda debüt edəcəyi tarix bəlli olub.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 1 aydan sonra sıraya dönəcək.
Gülerin sentyabrın 27-də "Las Palmas"la matçda oynaya biləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, "Real" Türkiyə millisinin üzvüilə 6 illik müqavilə imzalayıb.