"Əl-İttihad"ın "Liverpul"un hücumçusu Məhəmməd Salaha təklif etdiyi şəxsi müqavilənin detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı təmsilçisi misirli forvardla müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə bağlamağı və ona hər mövsüm üçün 80 milyon avro maaş ödəməyi planlaşdırır. Mənbə "Əl-İttihad"ın "Liverpul"la danışıqları davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, 31 yaşlı Salahın İngiltərə nəhəngi ilə anlaşmasının müddəti 2025-ci ilə qədərdir.
Nihat