"Çelsi" rəhbərliyi Romelu Lukakudan qurtulmağın yollarını axtarır.
Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki, "zadəganlar" belçikalını icarəyə göndərməyi yox, yalnız satmağı planlaşdırır.
Xəbərə görə, Lukakunu Avropada heç bir klub almayacağı təqdirdə, London təmsilçisinin idarəçiləri onu 41-45 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına yollanmağa razı salmağa çalışacaqlar.
Qeyd edək ki, ötən mövsüm iarə əsasında "İnter"in formasını geyinən Romelu milanlıların heyətində bütün turnirlərdə 37 matça çıxıb. Bu qarşılaşmalarda 14 qol vuran forvard 7 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat