"Bayern Münhen"in hücumçusu Harri Keyn yeni doğulan oğlundan və Budesliqanın 2-ci turu çərçivəsində avqustun 27-də "Auqsburq"a qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sport1" onun dediklərini belə çatdırıb:
"Doğuş problemsiz keçdi. Henri özünü əla hiss edir. Onlar artıq Londona qayıdıblar, hər şey qaydasındadır. İndi dörd uşağım var və məni darıxmağa qoymurlar.
"Auqsburq"la oyun? Bilirəm ki, çətin matç olacaq. Onlar ilk görüşlərində 4:4 hesablı heç-heçə ediblər. Budesliqadakı debüt oyunumun xoş təsirindən hələ də çıxmamışam. Yenidən azarkeşlər önündə mübarizə aparmaq istəyirəm. Qarşıdakı matça köklənmişəm".
Qeyd edək ki, Harri Keynin sevgilisi Keti Qudlanddan iki oğlu və iki qızı var.
Nihat