"Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, o, 2-3 həftə komandasına kömək edə bilməyəcək.
Mənbə 20 yaşlı futbolçunun əzələsindən xəsarət aldığını və böyük ehtimalla, Almaniya millisinin sentyabrda keçirəcəyi yoxlama görüşlərində iştirak edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Almaniya seçməsi sentyabrın 9-da Yaponiya, 12-də isə Fransa ilə qarşılaşacaq.
Nihat