“Sumqayıt”ın futbolçusu Tresor Mossi milli komandaya dəvət alıb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda çıxış edəcək Burundi millisinin heyətinə cəlb olunacaq.
Mossinin komandası sözügedən yarışda növbəti oyununu sentyabrın 12-də Kameruna qarşı keçirəcək.
Qeyd edək ki, Mossi "Sumqayıt"a bu yay keçib.