“Mançester Yunayted” müdafiəçisi Brendon Uilyamsı icarəyə göndərib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 22 yaşlı müdafiəçi 2023/2024 mövsümün icarə əsasında Çempionşip təmsilçisi “İpsviç"də keçirəcək. Anlaşma 2023/24 mövsümü üçün nəzərdə tutulub.
Qeyd edək ki, Uilyams “Mançester Yunayted”in yetirməsidir. O, “qırmızı şeytanlar”ın əsas komandasında 51 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov