"Mançester Yunayted"in futbolçusu Luk Şou uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, sol cinah müdafiəçisi əzələ zədəsi səbəbindən heyətdən kənarda qalıb.
"The Athletic"in məlumatına görə, futbolçunun sağalma şərtləri hələ dəqiqləşdirilməyib.
Klub 28 yaşlı futbolçunun bir neçə həftədən sonra heyətə qayıdacağına ümid etsə də, həkimlər müalicənin bir neçə ay çəkə biləcəyi barədə xəbərdarlıq edib.
Erik ten Haaqın sistemində mühüm ifaçı olan Şou İngiltərə Premyer Liqasının cari mövsümündə hər iki görüşdə - "Vulverhempton" və "Tottenhem"lə oyunlarda iştirak edib.
Mirağa