Çempionşipdə mübaizə aparan "Sauthempton" İngiltərənin elita təmsilçisi "Everton"un futbolçusunu heyətinə qatacaq.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "müqəddəslər" Liverpul klubunun müdafiəçisi Meyson Holqeyti icarəyə götürəcək.
Razılaşmaya əsasən, 26 yaşlı Holqeytin icarə müqaviləsi başa çatandan sonra "Sauthempton" müəyyən məbləğ ödəyərək onun transfer hüquqlarına yiyələnə biləcək.
Qeyd edək ki, bu mövsüm Meysonun adı "Everton"un İPL-də keçirdiyi oyunların iştirak ərizəsinə salınmayıb.
Nihat