Premyer Liqanın XXXVI turunun "Qəbələ" - "Sumqayıt" (3:1) oyunundan sonra məşqçilər fikirlərini bildirib:
Aqil Məmmədov ("Qəbələ"nin baş məşqçisi): "Qəbələ"ni üçüncü yeri tutması münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda layiqli qələbə qazandılar. Maraqlı oyun oldu. Komanda qələbə qazanmaq və Premyer Liqada qalmaq üçün əlindən gələni etdi. Məğlub olmağımıza baxmayaraq, elitada yerimizi qoruya bildik. Komandaya təşəkkürümü bildirirəm. Azarkeşlərimizi daha da yaxşı oyunla sevindirməyə çalışacağıq”.
Yuri Syomin ("Qəbələ"nin baş məşqçisi): "Bütün komandanı və klub üzvlərini qazanılan uğur münasibəti ilə təbrik edirəm. Rəhbərlik bizi pis vaxtlarımızda da, yaxşı çıxış edəndə də dəstəklədi. İsti hava şəraitində gərgin oyun keçdi. Qələbə yaxşı heç-heçədən daha uğurlu nəticədi".
Fanat.az