Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.
Fanat.Az xəbər verir ki, Türkiyədə dünyasını dəyişən futbolçunun nəşi bu gecə saat 23:30-da Bakıya gətiriləcək.
Mərhumla vida mərasimi Xətai metrosu yaxınlığında yerləşən “Bravo” marketlə üzbəüz yeni tikili binada, 26 avqust saat 12:00-da olacaq.
Mərhum Xırdalan qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, onkoloji xəstəlikdən əziyyət çəkən keçmiş müdafiəçi Türkiyədə vəfat edib. O, qardaş ölkəyə müalicəyə getmişdi. Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. 34 yaşlı keçmiş futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarında forma geyib. O, Azərbaycan millisində 9 oyun keçirib.