"Roma" "Bayer Leverkuzen" və İran yığmasının hücumçusu Sərdar Azmunu transfer etdiyini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, satın almaq imkanı ilə bir illik icarə müqaviləsinə imza atıb.
İtaliya KİV-inin məlumatına görə, 28 yaşlı oyunçunun icarəsi "Roma"ya 2 milyon avroya, geri alınması isə daha 10 milyon avroya başa gələcək. Azmun “Roma”da 17 nömrəli formada çıxış edəcək.
Sərdar Azmun 2022-ci ilin yanvarından "Bayer"ə keçib. O, ötən mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 33 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa