PSJ-nin keçmiş futbolçusu Jerom Roten yarımmüdafiəçi Marko Verrattini kəskin tənqid edib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə təqdim edib:
“Onun çoxlu pis vərdişləri var. O, ziyafət həvəskarıdır. İkinci yarıda tez-tez gücü tükənir. Belə oyunçu oynamamalıdır. Onu Meydana buraxmaq səhvdir.
Verrattidən yapışıb qalmağa ehtiyac yoxdur. O, düzəlməyəcək”.
Verratti ilə müqavilə 2025/26 mövsümünün sonunda başa çatır. İtalyan 2012-ci ildən PSJ-nin rənglərini qoruyur.
Mirağa