Çilili ulduz hücumçu Aleksis Sançes İtaliya "İnter"inə qayıdıb.
Fanat.Az xəbər verir ki, bu barədə “neradzurri”nin mətbuat xidməti məlumat yayıb.
Milan klubuna azad agent kimi keçən Aleksisin müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Çilili hüçumçu ötən yay "İnter"dən ayrılaraq "Olimpik Marsel"ə üz tutmuşdu. O, həmçinin “Mançester Yunayted”, “Arsenal”, “Barselona” və “Udineze”də çıxış edib.
Mirağa