Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tailand çempionatında 3-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə “Sukhotai”ni 1:0 hesabı ilə məğlub edib.
Meydana start "11-lik"də çıxan Şeydayev sonadək mübarizə aparıb.
“Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.