Misirli hücumçu Məhəmməd Salahın "Liverpul"u tərk edərək Səudiyyə Ərəbistanına yollanacağı tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "KSA Sport" yayıb.
Xəbərə görə, 31 yaşlı Mo həftəsonu "qırmızılar"ın heyətində son matçına çıxacaq. Mənbə Salahın "Nyukasl"la çempionat qarşılaşmasından sonra tibbi müayinədən keçmək və "Əl-İttihad"la müqavilə bağlamaq üçün Səudiyyə Ərəbistanına uçacağını vurğulayıb.
Daha öncə "Əl-İttihad"ın Salaha mövsümlük 76 milyon avro qarşılığında 3 illik müqavilə bağlayacağı bildirilmişdi.
Qeyd edək ki, sözügedən futbolçu 2017-ci ildən "Liverpul"un formasını geyinir.
Nihat