Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya çempionatında debüt edib.
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi “Eqnatiya” ilk tur çərçivəsində “Skenderbeu” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Vüsal matçın 62-ci dəqiqəsində meydana çıxıb.