"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Fulhem"ə qarşı keçirdikləri matçı (2:2) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 87-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verən "topçular"ın çalışdırıcısı klubun rəsmi saytına belə danışıb:
"Bu oyunda qələbə qazana bilmədiyimizi etiraf etmək çox çətindir. Əlbəttə, ilk dəqiqədə qol buraxaraq işimizi çətinləşdirdik. Amma sonra gözlədiyimiz oyunu sərgiləməyə başladıq. Əvvəldən sona qədər meydanda dominantlıq etdik. Yaratdığımız təhlükəli vəziyyətlərin, qol epizodlarının sayını xatırlamıram. Rəqibin nəsə etməsinə imkan vermədik. Onlar bir də matçın sonlarında toparlanaraq qol vurdular.
Hər hansı başqa idman növü olsaydı, böyük üstünlüklə qələbə qazanardıq. Amma bu, futboldur. Nəticəyə görə məyusuq. Yaratdığımız imkanlarını nəzərə alsaq, 6-7 qol vurmalıydıq. Ancaq fürsətlərimizi dəyərləndirə bilmədik".
Qeyd edək ki, ilk 3 turdan sonra 7 xalı olan "Arsenal" İPL-in turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Nihat