"Mançester Yunayted"in qapıçısı Din Henderson karyerasını digər İngiltərə klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən Fabritsio Romano yayıb.
Xəbərə görə, MY Hendersonu 23,4 milyon avro qarşılığında "Kristal Pelas"a satacaq. Sözügdən qolkiperin bu gün tibbi müayinədən keçəcəyi vurğulanıb.
Daha öncə "qırmızı şeytanlar"ın "Fənərbağça"nın qapıçısı Altay Bayındırı heyətinə qatacağı bildirilmişdi.
Qeyd edək ki, Henderson ötən mövsümü icarə əsasında "Nottingem Forest"də keçirib.
Nihat