Belçikalı hücumçu Romelu Lukakunu satmaq cəhdləri fayda verməyən "Çelsi" "Roma"dan yeni təklif alıb.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, "canavarlar" 30 yaşlı forvardı 5 milyon avro qarşılığında 1 mövsümlük icarəyə götürmə istəyir. Mənbə Lukakunun illik maaşının 11 milyon avro olduğunu və London təmsilçisinin əməkhaqqının ödənilməsi baxımından "Roma"ya kömək etməyi planlaşdırmadığını vurğulayıb. Hazırda tərəflərin danışıqları davam etdirdiyi bildirilib.
Xatırladaq ki, Lukaku 2022/2023 mövsümünü icarə əsasında Milan "İnter"ində keçirib. Onun "Çelsi" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat