Belçikanın "Anderlext" klubunun müdafiəçisi Mikael Murilyo kareyrasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Panama millisinin 27 yaşlı üzvü "Anderlext"i "Olimpik Marsel"ə dəyişəcək. Mənbə keçidin bu gün reallaşacağını vurğulayıb.
Qeyd edək ki, ötən mövsüm Belçika çempionatında çıxdığı 29 oyunda 3 qol vuran Murilyo Konfrans Liqasında 14 oyun keçirərək "Anderlext"in rəqiblərini 3 dəfə cəzalandırıb.
Nihat