"Yuventus"un yarımmüdafiəçisi Canluka Frabotta 2023/2024 mövsümünü icarə əsasında "Bari"də keçirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Turin klubunun rəsmi saytı yayıb.
Razılaşmaya əsasən, icarə müqaviləsi başa çatandan sonra "Bari" müəyyən məbləğ ödəyərək 24 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə biləcək.
Ötən mövsümü “Frozinone”də keçirən Frabotta B Seriyasında 22 oyuna çıxıb və 3 məhsuldar ötürmə müəllifi olub.