"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Səudiyyə Ərəbistanı klublarının etdiyi transferlərdən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" argentinalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Səudiyyə Ərəbistanı ilə bağlı vəziyyət daha iki həftə - transfer pəncərəsi bitənə qədər davam edəcək. Ən böyük təhlükə Avropa bazarı deyil. Yaxın iki həftə ərzində bazara daxil olacaq pullu ərəblərdən çəkinmək lazımdır”.
Xatırladaq ki, yay transfer pəncərəsində Neymar, Kərim Benzema, Malkom, Sadio Mane, eləcə də bir sıra digər tanınmış futbolçular Səudiyyə Ərəbistanı klublarına qoşulub.
Mirağa