Futbol üzrə Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası - Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi öz meydanında “Riyeka”nı 2:1 hesabı ilə yenib.
Emreli oyunun 61-ci dəqiqədə meydana buraxılıb.
“Dinamo” 6 turdan sonra 7 xalla 4-cü pillədə mövqe tutub.