"Olimpik Marsel"in yarımmüdafiəçisi Matteo Günduzi klubunu dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, futbolçunun yeni iş yeri "Latsio" olacaq.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, Fransa klubunun rəhbərliyi artıq yarımmüdafiəçinin keçidinə razılıq verib. Müqavilənin bu günün sonuna qədər rəsmi olaraq bağlanacağı gözlənilir.
Ötən mövsüm Matteo Marsel klubunun heyətində 43 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun fransalılarla müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub və transfer qiyməti 25 milyon avro olaraq qiymətləndirilir.
Mirağa