"Çelsi"nin hücumçusu Romelu Lukakunun yeni klubuna keçidi bu gün reallaşa bilər.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, belçikalı forvarda elçi düşən "Roma" ilə "zadəganlar" dünən 1 illik icarə müqaviləsi ilə bağlı razılığa gəliblər. Mənbə "canavarlar"ın qarşı tərəfə 5 milyon avro ödəyəcəyini və İtaliya təmsilçisinin sonradan Lukakunun transfer hüquqlarına yiyələnmək məcburiyyətində qalmayacağını vurğulayıb.
Qeyd edək ki, 30 yaşlı Romelu ötən mövsümü icarə əsasında Milan "İnter"ində keçirib.
Nihat