PSJ-nin müdafiəçisi Lukas Ernandes məşq zamanı "Barselona"nın ünvanına təhqiramiz ifadə işlədib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, epizodların birində Kilian Mbappe bu yay Kataloniya təmsilçisindən Paris klubuna transfer olunan Usman Dembeledən soruşub: "Sən "Barselona"dan gəlmisən, niyə oxumursan?" Dialoqa müdaxilə edən Ernandesin atmacası isə belə olub: "Zibil yığını olan komanda sənə necə oxumaq öyrədə bilər ki?"
Xatırladaq ki, Ernades ötən ay "Bayern Münhen"i PSJ-yə dəyişib.
Nihat