"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Nyukasl" ilə son çempionat oyununda Vircil van Deykin qırmızı vərəqə almasından və komandasının azlıqda qələbə qazandığı görüşün digər epizodlarından danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Hər şeydən öncə hesab edirəm ki, Trent sarı vərəqə aldığı epizodda ona qarşı qayda pozuntusu var idi. Bunu dördüncü hakim dedi. Van Deykə gəlincə, o, sadəcə, topun dalınca qaçırdı. Özü də bilmədən rəqibə toxundu. Bu aktiv təmas deyildi. Vircil bu toxunuşa görə üç oyunluq cəza alsa, ağlasığmaz qərar olacaq. İstənilən halda, yaxşı mübarizə apardıq. Uşaqlar lazımi səviyyədə döyüşdülər. Bəzən belə tarixlər də yazılır. Ancaq oyunu tam heyətlə başa vursaydıq, şad olardım".
Xatırladaq ki, "Sent-Ceyms Park"da "Nyukasl" üzərində 2:1 hesablı qələbə qazanıb.
Nihat