“Real”ın hücumçusu Vinisius Junior hələ bir müddət komandaya kömək etməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito" yayıb.
Mənbənin məlumatına görə, ulduz oyunçu ən azı 4 həftə topa toxuna bilməyəcək. Onun ayyarımdan sonra "Real"ın heyətində meydana çıxa biləcəyi vurğulanıb. 23 yaşlı braziliyalıya ayaq əzələsinin fibrilyar yırtığı diaqnozu qoyulub.
Vinisius "Selta" ilə 25 avqustda baş tutan matçda (1:0) zədələnib. Braziliyalı 18-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.
Mirağa