İtaliyanın əfsanəvi çalışdırıcısı Fabio Kapello Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi olması haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sovettskiy Sport" onun dediklərini belə çatdırıb:
“Səudiyyə Ərəbistanı belə bir məşqçi ilə anlaşdığına görə təqdir edilə bilər. Bu ölkədə futbol güclü inkişaf edir. Bu sürətlə onlar tezliklə Fransa, İtaliya və Almaniya milli komandaları səviyyəsində olacaqlar".
Qeyd edək ki, İtaliya millisindən istefa verərək Səudiyyə Ərəbistanına yollanan Mançininin müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Mirağa