Rusiyanın MOİK klubu braziliyalı müdafiəçi Joao Viktor üçün "Benfika"ya rəsmi təklif göndərib.
Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, Moskva təmsilçisi arxa xətt oyunçusunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürmək istəsə də, istəyinə çata bilməyib.
Xəbərə görə, şərtlər Lİssabon təmsilçisini qane etməyib və ruslara rədd cavabı verilib.
Qeyd edək ki, 25 yaşlı Joao həm mərkəz, həm də sağ cinah müdafiəçisi mövqeyində oynamağı bacaran universal arxa xətt oyunçusudur. O, ötən mövsümü icarə əsasında Fransa "Nant"ında keçirib.
Nihat