"Bayern Münhen" "Mançester Yunayted"in yarımmüdafiəçisini heyətinə qatmaqda maraqlıdır.
Fanat.Az tanınmış jurnalist Kristian Falkın sosial şəbəkə hesabı üzərindən yaydığı məlumata istinadən xəbər verir ki, Almaniya nəhəngi Skott Maktomineyi rənglərinə bağlamaq istəyir.
Mənbə Almaniya təmsilçisinin artıq "qırmızı şeytanlar"la danışıqlara başladığını vurğulayıb. Xəbərə görə, "Bayern" Maktomineyi transfer etmək və öz yarımmüdafiəçisi Rayan Qravenbarxı MY-yə icarəyə vermək niyyətindədir.
21 yaşlı Qravenbarxın "Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
26 yaşlı Maktominey cari mövsüm iki İPL matçında 7 dəqiqə meydanda olub. Onun anlaşması 2025-ci ilin iyununa qədər nəzərdə tutulub.
Nihat