"İnter Mayami"nin ulduzu Lionel Messi ən azı üç MLS oyununu buraxacaq.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bunu Florida klubunun baş məşqçisi Xerardo Martino açıqlayıb.
Leo sentyabrda Argentina millisinə çağırılacaq. Bu müddətdə isə MLS-də fasilə olmayacaq.
Beləliklə, Messinin "Kanzas Siti", "Atlanta" və "Los Anceles"lə matçlarda oynamayacağı məlum olub.
Mirağa