Hücumameylli yarımmüdafiəçi Aleksis Salemakers “Milan”dan “Bolonya”ya keçir.
Fanat.Az xəbər verir ki, informasiyanı İtaliyanın "Sky" nəşri yayıb.
Mənbənin məlumatına görə, klublar artıq müqavilə ilə bağlı razılığa gəliblər. Transferin çərşənbə axşamı rəsmən elan olunacağı bildirilir.
Aleksis Salemekers "Milan"ın heyətində müxtəlif yarışlarda 140 rəsmi oyun keçirib. Futbolçu bu görüşlərdə 10 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" belçikalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.
Mirağa