İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən "Şeffild Yunayted" - "Mançester Siti" matçında (1:2) maraqlı olay yaşanıb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, oyunun 63-cü dəqiqəsində hesabı açan Erlinq Holand qol sevincini bayram edərkən meydana çıxan kişi norveçlinin çiyninə tullanıb.
Daha sonra "şəhərlilər"in forvardının yanağından öpən həmin şəxsi stüartlar meydandan kənarlaşdırıblar. Sonradan onun WBO versiyası üzrə yüngül çəkidə sabiq dünya çempionu Terri Flenaqan olduğu müəyyənləşib.
Qeyd edək ki, Flenaqan stajlı "Mançester Siti" azarkeşidir.
Nihat