"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə millisinin baş məşqçisi postunda Qaret Sautqeyti əvəzləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Canaletes" məlumat yayıb.
Mənbənin məlumatına görə, hələlik tərəflər danışıqlara başlamasa da, sözügedən ölkənin futbol başbilənləri mümkün əməkdaşlıq ideyasını nəzərdən keçirilir.
Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. O vaxtdan bəri ispaniyalı mütəxəssis beş dəfə İngiltərə çempionu olmağı bacarıb, həmçinin “şəhərlilər”i klubun tarixində ilk dəfə Çempionlar Liqasının qalibi edib. Qvardiola əvvəllər "Barselona" və "Bayern Münhen"də çalışıb.
Mirağa