"Liverpul"un mərkəz müdafiəçisi Co Qomes kareyrasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 26 yaşlı oyunçu "Əl-İttihad"ın transfer siyahısındadır. Mənbə "Liverpul"un əsas heyət üzvü olan Qomeslə vidalaşmaq istəmədiyini, lakin böyük məbləğ qarşılığında onun ərəblərə satıla biləcəyini vurğulayıb.
Qeyd edək ki, Qomes 2015-ci ildən "qırmızılar"ın formasını geyinir.
Nihat