Azərbaycan millisinin və “Yurqorden”in forvardı Musa Qurbanlı İsveç çempionatının XXI turunda rəmzi komanda da yer alıb.
Fanat.Az “Sofascore”yə istinadən xəbər verir ki, “Deqerfors”la görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənən forvard ən yaxşı üç hücumçudan biri seçilib.
Məlumata görə onun performansı 8,7 balla qiymətləndirilib.
Qeyd edək ki, “Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.