Beynəlxalq Futbol Federasiyası (FİFA) İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubialesin vəzifəsindən kənarlaşdırılmasında israrlı olacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, futbol qurumu Rubialesin 15 il ərzində futbol sahəsində işləməsinə qadağa qoyulmasına nail olmaq istəyir.
Xatırladaq ki, Avstraliya və Yeni Zelandiyada keçirilən qadınlar arasında dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi zamanı İFF rəhbəri İspaniya millisinin futbolçusu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb.
FİFA 46 yaşlı ispaniyalıya qarşı intizam işi açıb və onu futbolla bağlı istənilən fəaliyyətdən uzaqlaşdırıb. İspaniya prokurorluğu isə ona qarşı cinsi təcavüz ittihamı ilə iş açıb.
Rubiales 2018-ci ilin may ayından İFF-ə rəhbərlik edir.
Mirağa