UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Olimpiya" qarşılaşması əvvəlcədən nəzərdə tutulduğu kimi, “CBC Sport”da deyil, AzTV və “İdman” TV-də canlı yayımlanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
"Qarabağ" bu müddət ərzində "CBC Sport" kanalına göstərdiyi texniki dəstəyə görə təşəkkür edib.
"Qarabağ"la "Olimpiya" arasında avqustun 24-də Lyublyanada keçirilən matçın yayım hüququna malik olan “İdman TV” yalnız yalnız 69-cu dəqiqədən etibarən oyunu canlı təqdim etmişdi.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. “Qarabağ” Lyublyanadakı görüşdə 2:0 hesablı qələbə qazanıb.