"Atalanta" rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukla bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, bunu "championat.com"a açıqlamasında futbolçunun agenti Vadim Şpinyov deyib.
"Avqustun 30-da Mirançuk komandası ilə birlikdə məşq etdi. Məşq zamanı mister Qasperini (Berqamo təmsilçisinin baş məşqçisi Can Pyero Qasperinini nəzərdə tutur - red.) ilə yaxşı söhbətləri də oldu. Qasperini ona "Lyoşa, sakitliyi qoru və hazırlaşmağa davam et. Milliyə getməyəcəksən. Biz səni izləmişik və yaxşı tanıyırıq. Şansın olacaq, deməli, işləməlisən" söylədi.
Nihat