Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik "Leyptsiq"in hücumçusu Timo Verneri niyə yığmaya çağırmadığının səbəbini deyib.
Fanat.Az xəbər verir ki, "Bild" onun söylədiklərini belə çatdırıb:
"O, klubunda ən yaxşı formada deyil və müxtəlif məqamlar üzərində işləməlidir. Lazım olan işi görsə, əminəm ki, milliyə qayıda bilər".
Bu mövsüm "Leyptsiq"in heyətində 2 oyun keçirən Timo məhsuldar göstəricilərlə yadda qalmayıb.
Almaniya yığması sentyabrın 9-da Yaponiya, 12-də isə Fransa ilə yoldaşlıq oyunları keçirəcək.
Nihat