"Liverpul"un hücumçusu Məhəmməd Salahın bu gün "Liverpul"dan ayrılaraq şəxsi təyyarə ilə Səudiyyə Ərəbistanına yollanacaq.
Fanat.Az xəbər verir ki, bu iddia "Okaz Sports"a məxsusdur.
Xəbərə görə, sözügedən ölkənin "Əl-İttihad" klubu artıq misirli ulduzun transfer məbləği ilə bağlı "qırmızılar"la razılığa gəlib.
Daha öncə "Əl-İttihad"ın Salaha 3 illik müqavilə və illik 76 milyon avro maaş təklif etdiyi bildirilimiş, lakin "Liverpul"un baş məşqçisi Yürgen Klopp onun satılmayacağını demişdi.
Qeyd edək ki, Salah 2017-ci ildən mersisaydlıların formasını geyinir.
Nihat