Türkiyə millisinin qapıçısı Altay Bayındır “Mançester Yunayted” klubuna keçib.
Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəsmi saytı keçidi rəsmən elan edib.
25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Altay Bayındır son olaraq ölkəsində “Fənərbaxça”nın formasını geyinib.