"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Norveç "Molde"si hücumçu Ola Brinhildsenlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Norveç millisinin də formasını geyinən 24 yaşlı yarımmüdafiəçi Danimarka təmsilçisi "Mitdyulann"a keçib.
"Molde" bundan əvvəl Sivert Mannsverkini Niderland nəhəngi “Ayaks”a satıb.
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Molde" ilə yanaşı, Almaniyanın "Bayer Leverkuzen" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.