“Fiorentina”nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofian Amrabat karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı ulduz futbolçunun keçidini reallaşdırıb.
Klubun rəsmi saytı Amrabatı satin alma bəndi ilə 1 mövsümlük icarəyə götürdüklərini açıqlayıb.
27 yaşlı mərakeşli futbolçu 2020-ci ildən “Fiorentina”nın şərəfini qoruyur. O , bu komandada 107 oyuna çıxıb. “Transfermarkt” portalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.
Mirağa