London "Arsenal"ı hücumçusu Nikolas Pepe ilə müqaviləni pozmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Mənbənin məlumatına görə, yayda futbolçusunu sata bilməyən İngiltərə nəhəngi onu sərbəst buraxa bilər.
Hücumçu 2019-cu ildə "topçular"a qoşulub və transfer məbləği 80 milyon avro olub.
Pepe ötən mövsüm “Nitsa”ya icarəyə verilmişdi. "Qartallar"ın tərkibində bütün yarışlarda 28 görüş keçirən forvard Fransada 8 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa