“Qəbələ”nin futbolçusu Lukas Afriko Premyer Liqanın 5-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az-a açıqlama verən oyunçu lider üzərindəki 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Bu gün uşaqlar döyüşdülər. Komanda ruhu nümayiş etdirərək qələbə qazandıq. Çempionatın birinci yerdən gedən komandasını məğlub etdiyimiz üçün şadıq. Növbəti oyunumuz “Turan Tovuz”a qarşıdır. Qələbə mentalitetini qorumağa çalşacağıq. Növbəti oyuna da qələbə üçün çıxacağıq”.